Türkiyə millisinin üzvü ayın futbolçusu seçildi
- 23 Dek 2019 22:08
- 659
Almaniyanın “Şalke” klubunda noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Rekord.az xəbər verir ki, bu, türkiyəli müdafiəçi Ozan Kabakdı.
O, azarkeşlər arasında aparılan sorğuda 48 faizlik səs çoxluğu ilə digər komanda yoldaşlarını geridə qoyub. Türkiyə millisinin üzvü Benito Raman (31 faiz), Armine Harit (11 faiz), Daniel Kaliqiurini (10 faiz) qabaqlayıb.
Ozan bu mövsüm “Şalke”nin heyətində 13 oyuna çıxıb. 19 yaşlı stopper bu oyunlarda 3 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.