
Türkiyə və Gürcüstan yığmalarından darmadağın
- 24 Mar 2025 01:53
- 81
UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab görüşləri keçirilib.
Rekord.az xəbər verir ki, 8 oyunda kimin hansı liqada çıxış edəcəyi müəyyənləşib.
İki oyunun nəticəsinə görə qalib gələnlər daha üst liqaya, məğlub olanlar isə daha aşağı liqaya vəsiqə qazanıblar. Qələbə qazanan komandalardan Türkiyə, Yunanıstan, Serbiya və Belçika A liqasında, Gürcüstan, Kosovo, Sloveniya və İrlandiya B liqasında yer alacaqlar.
Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri Ukrayna və İslandiyanın da növbəti UEFA Millətlər Liqasındakı taleyinə aydınlıq gəlib. Ukrayna B liqasında, İslandiya C liqasında mübarizə aparacaq.
UEFA Millətlər Liqası, pley-off oyunları
23 mart
A/B liqaları
Macarıstan – Türkiyə 0:3
Qollar: H.Çalhanoğlu, 37-pen. A.Gülər, 39. A.Bardakçı, 90.
İlk oyun – 1:3
Serbiya – Avstriya 2:0
Qollar: Maksimoviç, 56. Vlahoviç, 90.
İlk oyun – 1:1
Şotlandiya – Yunanıstan 0:3
Qollar: Konstantelias, 20. Karetsas, 42. Tsolis, 46.
İlk oyun – 1:0
Belçika – Ukrayna 3:0
Qollar: De Kuyper, 70. Lukaku, 76; 86.
İlk oyun – 1:3
B/C liqaları
Gürcüstan – Ermənistan 6:1
Qollar: Haroyan, 4-öz qapısına. Mikautadze, 14; 35. Çakvetadze, 23. Kiteişvili, 27. Kvaratsxeliya, 62 – Sevikyan, 48.
İlk oyun – 3:0
Sloveniya – Slovakiya 1:0
Qol: Çerin, 95.
İlk oyun – 0:0
İslandiya – Kosovo 1:3
Qollar: Oskarsson, 2 – Muriqi, 35; 45+3; 79.
İlk oyun – 1:2
İrlandiya – Bolqarıstan 2:1
Qollar: Ferquson, 63. İdah, 85 – Antov, 30.
İlk oyun – 2:1