Rusiyanın “Zenit” və Türkiyənin “Fənərbaxça” klubları əməkdaşlıq haqqında müqavilə imzalayıblar.

Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb.

Xəbərdə bildirilir ki, əməkdaşlıq müqaviləsi qarşıdakı 2 il üçün nəzərdə tutulub. Əməkdaşlıq kişi və qadınlardan ibarət futbol, həmçinin basketbol komandalarını əhatə edəcək. Birgə məşq proqramlarının hazırlanması, təcrübə mübadiləsi və yoldaşlıq oyunlarının keçirilməsi klubların əsas hədəfidir. 

Müqavilənin "Fənərbaxça" və "Zenit" arasında İstanbulda keçirilən xeyriyyə matçından sonra imzalandığı bildirilib.

Xatırladaq ki, sözügedən komandalar arasında bir neçə gün öncə baş tutan xeyriyyə oyununda qalib müəyyənləşməyib – 2:2.