Türkiyədə bütün idman tədbirləri dayandırıldı
- 06 Fev 2023 13:44
- 391
Türkiyədə ötən gecə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri dayandırılıb.
Rekord.az xəbər verir ki, bu barədə ölkənin gənclər və idman naziri Mehmet Kasapoğlu yerli mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkədəki bütün idman tədbirləri ikinci xəbərdarlığa qədər keçirilməyəcək.
Xatırladaq ki, Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Episentri Kahramanmaraş olan təkanlar nəticəsində bir neçə ətraf rayonda güclü dağıntılar qeydə alınıb. Dağıntılar altında qalanlar arasında idmançıların da olduğuna dair xəbərlər var. Ən son məlumata görə, zəlzələ nəticəsində azı 284 nəfər dünyasını dəyişib, 2023 nəfər xəsarət alıb.