Türkiyədə qadın voleybolçuları arasında Çempionlar Kuboku uğrunda həlldici matç keçirilib. "Rekord.az" xəbər verir ki, "AXA Sigorta Şampiyonlar Kupası" uğrunda "Fenerbahçe" və "Vakıfbank" klublar üz-üzə gəlib. 

Görüş kifayət qədər gərgin keçib. Növbə ilə hərəyə iki set qazanan komandaların mövsümün ilk qarşılaşmasının taleyini tay-brekə daşıyıblar. Bu hissədə daha dəqiq oynayan "Vakıfbank" meydandan 3:2 (23:25, 25:22, 22:25, 25:23, 15:12) hesablı qələbə ilə yarılıb və növbəti dəfə Çempionlar Kubokunun sahibi olub. 

Qeyd edək ki, "AXA Sigorta Şampiyonlar Kupası" uğrunda ötən mövsümdə yerli çempionatın və kubokun qalibləri üz-üzə gəlir. Həmin mövsüm "Fenerbahçe" Türkiyə birinciliyinin qalibi, "Vakıfbank" isə ölkə kubokunun sahibi olmuşdu.