Türkiyədə çıxış edən milli üzvləri məyus oldular
- 04 Apr 2022 15:30
- 503
Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Yelizaveta Ruban və blokçusu Olena Xarçenkonun formasını geyindikləri "Bolu BLD" Sultanlaq Liqasının 26-cı turunda "Eczaçıbaşı" klubu ilə qarşılaşıb.
Görüş voleybolçularımızın komandası üçün yaxşı başlamayıb. İlk setdə uduzan "Bolu BLD" növbəti hissələrdə də eyni aqibəti yaşayıb - 0:3 (14:25, 17:25, 9:25).
"Bolu BLD"nin quru hesabla məğlub olduğu oyunda hər iki voleybolçumuz 3 dəfə fərqlənib. Ruban xalların hamısını hücumda, Xarçenko isə 2-ni hücumda, 1-ni blokda qazanıb.