Türkiyədə daha dörd voleybolçu həlak oldu
- 08 Fev 2023 11:03
- 470
Türkiyədə baş vermiş güclü zəlzələnin qurbanlarının sayı durmadan artır. "Rekord.az" xəbər verir ki, dağıntılar altında qalan daha dörd voleybolçunun həyatını xilas etmək mümkün olmayıb.
"Malatya BBSK" klubunun üzvləri Emincan Kocabaş və Mehmet Can Ağırbaş, "Hatay Üzüm Dalı Gençlik"klubunun oyunçuları Hasan Ekşi və Bedir Terlik dəhşətli zəlzələ nəticəsində həlak olublar.
Qeyd edək ki, bir neçə voleybolçu xilas edilsə də dağıntılar altında hələ çox sayda müxtəlif yaşlarda olan oyunçular qalmaqdadır. Onların bəzilərindən indiyədək heç bir xəbər almaq mümkün olmayıb.