Türkiyədə ən çox borcu olan klubun adı məlum oldu
- 18 Yan 2020 14:38
- 837
UEFA Avropada maliyyə cəhətdən zərərə uğrayan çempionatın Türkiyə Super Liqası olduğunu açıqlayıb.
Rekord.az xəbər verir ki, açıqlamada Türkiyədə ən çox borcu olan komanda da məlum olub.
Qrumdan verilən məlumata görə, Türkiyədə ən çox borcu olan klub “Fənərbağça”dır. İstanbul təmsilçisinin 334 milyon avro borcunun olduğu bildirilib.
“Fənərbağça”dan sonra “Beşiktaş”ın 183, “Qalatasaray”ın isə 174 milyon avro borcu olduğu qeyd olunub. Türkiyənin stadion tikintisinə görə siyahıda Polşa ilə bərabər ilk sıralarda olduğu açıqlanıb.