Türkiyədəki təmsilçilərimiz bu tur məyus oldu
- 15 Fev 2022 10:38
- 554
Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvləri Türkiyədə növbəti dəfə meydana çıxıblar. "Rekord.az" xəbər verir ki, Hücumçumuz Yelizaveta Ruban və Blokçumuz Olena Xarçenkonun şərəfini qoruduqları "Bolu BLD" 19-cu turda "Sarıyer" klubu ilə qarşılaşıb.
Görüş "Bolu BLD" üçün pis başlayıb. İlk setdə uduzan voleybolçularımızın komandası növbəti hissələrdə də eyni aqibətlə üzləşib. 3 set davam edən görüşdə voleybolçularımız və rəfiqələri quru hesabla uduzublar - 0:3 (18:25, 20:25, 21:25).
"Bolu BLD"nin xalsız qaldığı qarşılaşmada Yelizaveta Ruban əvəzetmə ilə oynayıb. O, meydanda olduğu müddətdə hamısını hücumda olmaqla 4 xal qazanıb. Olena Xarçenko isə meydan sahiblərini 6 dəfə məyus edib. Voleybolçumuz xalların 4-nü blokda, 2-ni isə hücumda qazanıb.