Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “Nürnberq”dən türkiyəli Can Uzun transfer edilib.

18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün “Nürnberq”ə 10 milyon avro ödənilib.

Can Uzun Türkiyənin əsas millisinin heyətində bir matça çıxıb.