Türkiyəli futbolçu Premyer Liqanın rəmzi komandasında
- 28 Apr 2020 16:00
- 560
“Daily Mail” nəşri İngiltərə Premyer Liqasında mövsümün rəmzi komandasını açıqlayıb.
Rekord.az xəbər verir ki, rəmzi heyətdə lider “Liverpul”dan 7 futbolçu yer alıb. Türkiyə millisinin və "Lester"in müdafiəçisi Çağlar Söyüncü də ən yaxşı 11-liyə daxil edilib.
Qapıçı: Alisson Bekker (“Liverpul”)
Müdafiəçilər: Trent Aleksander Arnold, Vircil Van Dayk, Endryu Robertson (“Liverpul”), Çağlar Söyüncü (“Lester”)
Yarımmüdafiəçilər: Kevin de Bruyne (“Mançester Siti”), Cordan Henderson (“Liverpul”), Cek Qriliş (“Aston Villa”)
Hücumçular: Sadio Mane, Məhəmməd Salah (“Liverpul”), Ceymi Vardi (“Lester”)