İspaniyanın “Deportivo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Sequnda Liqada mübarizə aparan bu klub sabiq futbolçusu Emre Çolakı heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Türkiyəli futbolçu köhnə-yeni klubu ilə mövsümün sonunadək anlaşıb.

Xatırladaq ki, Emre Çolak 2016/17 və 2017/18 mövsümlərində də “Deportivo”da çıxış edib. Amma həmin vaxt bu klub elitada çıxış edirdi. Hazırda isə 2-ci La Liqada mübarizə aparan La Korunya təmsilçisi sonuncu pillədə qərarlaşıb.

Emre Çolak “Deportivo”dan ayrılandan sonra Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Vehda”ya üz tutmuşdu.