Türkiyəli futbolçunun atası koronavirusdan öldü
- 25 Apr 2020 11:20
- 657
Türkiyənin "Samsunspor" klubunun futbolçusu Ahmet Altının atası Ali Altın dünyasını dəyişib.
Rekord.az xəbər verir ki, bu barədə 2-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, futbolçunun valideyni koronavirusun qurbanı olub. Hollandiyada vəfat edən Ali Altının cənazəsi Türkiyəyə gətirilərək doğulduğu Kırşehirdə dəfn olunacaq.