Türkiyəli hücumçu 41 yaşında karyerasını bitirdi
- 24 İyl 2024 10:00
- 152
Türkiyə millisinin sabiq üzvü Umut Bulut futbolçu karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Umut Bulut karyerası ərzində "Ankaragücü", "İnegölspor", "Trabzonspor", "Tuluza", "Qalatasaray", "Kayserispor", "Yeni Malatyaspor", "Eyüpspor" və "Sarıyer"də çıxış edib. O, Türkiyə yığmasında 39 rəsmi matçda 10 qol vurub və 2 məhsuldar ötürmə edib.