Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. "Rekord.az" xəbər verir ki, bu məqsədlə ölkəmizə dəvət olunmuş türkiyəli mütəxəssis Şahin Çatma Gəncə, Mingəçevir və Göygöl rayonuna səfər edib. O, burada 15 yaşadək qızların məşqini izləyib.
Məşqləri, həmçinin Millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, UGİŞM-nin direktoru Ramil Qasımov, Göygöl Olimpiya Kompleksinin direktoru İntiqam Hüseynov, Gəncə İdman Klubu ictimai birliyinin İdarə heyətinin sədri Elvar Osmanov, AVF-nin rəsmiləri və digər qonaqlar izləyiblər.
Ş.Çatma məşqlərə baxışdan sonra əvvəlcədən müəyyən edilmiş kriteriyalara uyğun gələn voleybolçuların qeydiyyatını aparıb.