Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.

Rekord.az xəbər verir ki, bu işlər çərçivəsində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə türkiyəli mütəxəssis Şahin Çatma iyunun 5-də Gəncəyə səfər edəcək.

O, burada 15 yaşadək qızların məşqini izləyəcək, əvvəlcədən müəyyən edilmiş kriteriyalara uyğun gələcək voleybolçuların qeydiyyatını aparacaq.

Ş.Çatmanın iştirakı ilə 4-7 iyun tarixlərində Bakıda və bölgələrdə müvafiq istiqamətdə tədbirlər davam etdiriləcək.

Qeyd edək ki, bu seçimlərə voleybolla məşğul olan istedadlı qızlar qatıla bilərlər. Seçimlərin təşkili ilə bağlı əlavə məlumat veriləcək.