Türkiyənin daha bir klubu məşqlərə başladı
- 28 Apr 2020 13:40
- 631
Türkiyənin “Kasımpaşa” klubu koronavirus pandemiyasına görə fasilə verdiyi məşqləri bərpa edib.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, futbolçular klubun bazasında hələlik sosial məsafə qaydalarına riayət etmək şərtilə məşq edirlər. Hazırlığa baş məşqçi Fuat Çapa şəxsən rəhbərlik edir. Xəbərdə bütün komanda üzvlərinin məşqlərə qatıldığı da vurğulanıb.
Daha öncə Türkiyənin “Beşiktaş” və “Göztəpə” klubları kiçik qruplar halında məşqləri bərpa etmişdi.