Azərbaycan Premyer Liqasının 2019/2020-ci illər mövsümünün 16-cı turunun ən yaxşı futbolçusu məlum olub.

Rekord.az xəbər verir ki, bu, “Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfovdu.

Gənc futbolçu “Zirə”yə qarşı görüşdə (2:1) 90 dəqiqə meydan olub və komandasının qələbə qoluna imza atıb.