Türkiyədə voleybol federasiyasının prezidenti vəzifəsinə seçkilər keçirilib. "Rekord.az" xəbər verir ki, paytaxt Ankarada təşkil olunan mərasimdə Mehmet Akif Üstündağ yenidən federasiya prezidenti seçilib. 

Ümumilikdə 164 səsin olduğu seçkilərdə Üstündağ 159 səs toplayaraq vəzifəsində qalıb.  

Mehmet Akif Üstündağın yenidən federasiya rəhbəri seçilməsinin əsas səbəbki kimi son illər Türkiyə voleybolunun yüksəlişi və əldə olunan uğurlu nəticələr göstərilir.