Voleybol üzrə 16 yaşadək (U-16) oğlanlardan ibarət Azərbaycan yığması Avropa çempionatının 2-ci təsnifat mərhələsində iştirak edəcək. "Rekord.az" xəbər verir ki, bu məqsədlə voleybolçularımız bu gün yarışa ev sahibliyi edən İspaniyaya yola düşüblər.
25-27 aprel tarixlərində İspaniyada keçiriləcək birincilikdə komandamız B qrupunda mübarizə aparacaq. Millimizin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Avstriya komandaları olacaq.
Yarışda ölkəmiz Cahangir Seyed Abbasinin rəhbərliyi ilə təmsil olunacaq.
Qeyd edək ki, AVRO-2025-in ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparacaq. Qrupda ilk iki yeri tutacaq komandalar, həmçinin üçüncü yeri tutacaq ən yaxşı iki komanda qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.