Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət millisinin Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, Polşanın Debica şəhərində keçirilən turnirdə komandamız B qrupunda yer alıb. 
Şahin Çatmanın rəhbərlik etdiyi yığmamızın ilk rəqibi Estoniya olub. 3 hissə davam edən bu görüşdə voleybolçularımız quru hesabla uduzublar.

Qeyd edək ki, U-16 millimiz növbəti oyununu noyabrın 21-də Litvaya qarşı keçirəcək.

EEVZA çempionatında
B qrupu
20 noyabr

   Azərbaycan - Estoniya 0:3 (21:25, 15:25, 19:25)