U-16 yığmamızın təqvimi bəlli oldu
- 15 Noy 2024 09:55
- 115
Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət millisinin Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatındakı oyunlarının təqvimi bəlli olub. "Rekord.az" xəbər verir ki, Polşanın Debica şəhərində keçiriləcək turnir noyabrın 20-də start götürəcək.
Şahin Çatmanın rəhbərlik etdiyi komandamız B qrupunda mübarizə aparacaq. Rəqiblərimiz isə Estoniya, Litva və Ukrayna yığmalarıdır.
Qeyd edək ki, yarış 2025-ci il Avropa çempionatına seçmə xarakteri daşıyır. Qrupda lideri olacaq komanda birbaşa qitə birinciliyinə vəsiqə qazanaq.
EEVZA çempionatında
B qrupu
20 noyabr 2024
20:00 Azərbaycan - Estoniya
21 noyabr 2024
20:00 Azərbaycan - Litva
22 noyabr 2024
20:00 Azərbaycan – Ukrayna
EEVZA çempionatında
B qrupu
20 noyabr 2024
20:00 Azərbaycan - Estoniya
21 noyabr 2024
20:00 Azərbaycan - Litva
22 noyabr 2024
20:00 Azərbaycan – Ukrayna
Oyunların başlama saatı yerli vaxtla göstərilib