Azərbaycanın 17 yaşadək (U-17) oğlan voleybolçulardan ibarət millisi bu gün Gürcüstana yola düşüb. "Rekord.az" xəbər verir ki, komandamız 2-6 dekabr tarixlərində Gürcüstanın Qori şəhərində 17 yaşadək oğlan voleybolçular arasında keçiriləcək Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında mübarizə aparacaq.

Cəlil Baxtiozinin rəhbərlik etdiyi yığmamızın rəqibləri Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa kollektivləri olacaq.

AVRO-2023-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin finalına vəsiqə qazanacaq.

 

EEVZA çempionatında millimizin oyun cədvəli

2 dekabr

   15:00 Polşa - Azərbaycan

3 dekabr

   20:00 Azərbaycan - Estoniya

4 dekabr

   20:00 Latviya - Azərbaycan

5 dekabr

   17:30 Azərbaycan - Gürcüstan

6 dekabr

   17:30 Ukrayna - Azərbaycan