U-17 millimiz qitə birinciliyinə qatılmaq üçün yarışacaq
- 18 Noy 2022 15:20
- 421
Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət yığması beynəlxalq turnirdə iştirak edəcək. "Rekord.az" xəbər verir ki, U-17 millimiz Gürcüstanın Qori şəhərində keçiriləcək Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında qüvvəsini sınayacaq.
Dekabrın 2-də start götürəcək çempionatda 6 ölkənin yığma komandası mübarizə aparacaq. Millimiz Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşanın kollektivləri ilə üz-üzə gələcək. Cəlil Baxtiozinin rəhbərlik etdiyi yığma ilk oyununda Polşa komandası ilə qarşılaşacaq.
AVRO-2023-ə seçmə xarakteri daşıyan yarışın reqlamentinə əsasən, çempion qitə birinciliyinin finalına vəsiqə əldə edəcək.
Millimizin EEVZA çempionatındakı oyunlarının təqvimi:
2 dekabr
15:00 Polşa - Azərbaycan
3 dekabr
20:00 Azərbaycan - Estoniya
4 dekabr
20:00 Latviya - Azərbaycan
5 dekabr
17:30 Azərbaycan - Gürcüstan
6 dekabr
17:30 Ukrayna - Azərbaycan