18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatına start verilib. "Rekord.az" xəbər verir ki, Latviyanın Daugavpils şəhərində təşkil olunan yarışda mübarizə aparan Azərbaycan komandası ilk matçını meydan sahibinə qarşı keçirib.

Görüş daha təcrübəli oyunçulardan təşkil olunmuş Latviya komandasının üstünlüyü ilə keçib. 3 set davam edən qarşılaşmada voleybolçularımız 0:3 hesabı ilə məğlub olublar (14:25, 6:25, 9:25).

Komandamız növbəti oyununu noyabrın 21-də Ukrayna yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

 

EEVZA çempionatı 

20 notabr

   Latviya - Azərbaycan 3:0 (25:14, 25:6, 25:9)