U-18 yığmamız yenə məğlub oldu
- 22 Noy 2023 23:08
- 274
Voleybol üzrə gənc qızlar arasında EEVZA çempionatında çıxış edən Azərbaycanın U-18 yığması növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, komandamız bu gün Estoniya ilə qarşılaşıb. Görüş rəqibin üstünlüyü ilə keçib. Voleybolçularımız 3 hissə davam edən matçda quru hesabla uduzublar.
Qeyd edək ki, komandamız əvvəlki turlarda Latviya və Ukrayna yığmalarına da eyni hesabla məğlub olub.
EEVZA U-18 (qızlar)
CEV 2024 AVROPA ÇEMPİONATI (1-ci təsnifat mərhələsi)
22 noyabr
Estoniya - Azərbaycan 3:0 (25:17, 25:9, 25:16)