U-20 millimiz bütün qarşılaşmalarda quru hesabla uduzdu
- 08 Yan 2024 11:46
- 314
EEVZA çempionatında çıxış edən voleybolçu qızlardan ibarət U-20 millimiz çıxışını başa vurub. "Rekord.az" xəbər verir ki, Litvanın Şaulyay şəhərində təşkil olunan yarışda komandamızın keçiridyi bütün oyunlarda məğlub olub.
Şahin Çatmanın rəhbərlik etdiyi yığmamız bütün qarşılaşmaları 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, yarış bu il keçiriləcək qitə birinciliyinə təsnifat xarakteri daşıyıb.
EEVZA U-20
CEV 2024 Avropa çempionatı (1-ci təsnifat mərhələsi)
3 yanvar
Estoniya - Azərbaycan 3:0 (25:10, 25:15, 25:22)
4 yanvar
Azərbaycan - Latviya 0:3 (11:25, 9:25, 20:25)
5 yanvar
Ukrayna - Azərbaycan 3:0 (25:12, 25:6, 25:10)
6 yanvar
Azərbaycan - Litva 0:3 (8:25, 11:25, 7:25)
7 yanvar
Azərbaycan - Polşa 0:3 (9:25, 11:25, 9:25