21 yaşadək futbolçulardan ibarət Ukrayna yığmasının Danimarka və Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb.

Rekord.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, komandanın çalışdırıcısı Ruslan Rotan qarşıdakı matçlar üçün 24 futbolçuya dəvət göndərib.

Qapıçılar: Vladislav Kuçeruk, Ruslan Neşeret (hər ikisi "Dinamo", Kiyev), Oleq Bilik ("Aleksandriya")

Müdafiəçilər: Denis Popov ("Dinamo", Kiyev), Valeri Bondar ("Şaxtyor", Donetsk), Yuxim Konoplya ("Desna"), Yevgeni Çeberko ("Zarya"), Vladislav Baboqlo, Timur Steçkov (hər ikisi "Aleksandriya"), Viktor Kornienko, Aleksey Bıkov (hər ikisi "Mariupol"), Boqdan Milovanov ("Sportinq-B", İspaniya), Roman Vantux ("Olimpik")

Yarımmüdafiəçilər: Nikolay Şaparenko, Georgi Çitaişvili (hər ikisi "Dinamo", Kiyev), Boqdan Lednev ("Zarya"), Yevgeni Smirnıy ("Kolos"), Maksim Çex, Dmitri Topalov, Vladislav Vakula (hamısı "Mariupol"), Axmed Alibekov ("Slovan", Çexiya), Sergey Buleça ("Dnepr-1")

Hücumçular: Vladislav Supryaqa ("Dnepr-1"), Nazari Rusin ("Zarya").

Qeyd edək ki, ukraynalılar noyabrın 15-də Lvovda Danimarka ilə seçmə mərhələ, 19-da isə Bakıda Azərbaycan millisi ilə yoldaşlıq oyununda üz-üzə gələcək. Yığmamızla "Dalğa Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.