U-21 və digər millilərin baş məşqçiləri ilə bağlı qərar verildi
- 04 Fev 2025 22:50
- 223
AFFA İcraiyyə Komitəsi 2 həftə ərzində yenidən bir araya gələcək və milli komandalarla bağlı da qərarlar veriləcək.
Rekord.az xəbər verir ki, U-21 və digər aşağı yaş qruplarında çalışacaq məşqçilərin adları bəlli olacaq.
Lakin indidən bəlli olan odur ki, həmin məşqçilər əcnəbi yox, yerli məşqçilər olacaq. Bu haqda məlumatı "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində qonaq olan AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat verib. O, bilirib ki, federasiya əsas millidən fərqli olaraq. digər milli komandalarda yerli məşqçilərə güvənəcək.