Yeni yaradılması gündəmdə olan U-23 millisinə böyük ehtimalla yerli məşqçi rəhbərlik edəcək.

Rekord.az-a daxil olan məlumata görə siyahıda təxminən 6-7 namizədin adı var.

Onların arasına ən çox şansı olan isə Samir Abasovdur. Ancaq bununla baglı hələlik yekun qərar verilməyib.