Azərbaycan para-üzgüçüsü Roman Saley Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasında daha bir medal qazanıb.

Rekord.az xəbər verir ki, o, 50 metr məsafəyə arxasıüstə üzmədə 27.96 saniyə nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Üçqat paralimpiya çempionu daha əvvəl 100 metr məsafəyə "butterfly" üsulu ilə üzmədə 57.83 saniyə nəticə ilə də gümüş medal qazanmışdı.