Üçqat paralimpiya çempionu Berlində “gümüş”lə kifayətləndi
- 12 May 2023 11:21
- 281
Azərbaycan para-üzgüçüsü Roman Saley Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasında gümüş medal qazanıb.
Rekord.az xəbər verir ki, 100 metrə məsafəyə "butterfly" üsulu ilə üzmədə 57.83 saniyə nəticə göstərən idmançımız fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Xatırladaq ki, üçqat paralimpiya çempionu daha əvvəl turnirin təsnifat mərhələsində 200 metrə məsafəyə sərbəst üzmədə dünya rekorduna imza atmışdı.