“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”
- 18 May 2024 18:00
- 304
“Özümdən bu nəticəni gözləyirdim”.
Rekord.az Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Yaponiyanın Kobe şəhərində 100 metr məsafəyə qaçış üzrə dünya çempionu olan Azərbaycan paraatleti Lamiyə Vəliyeva deyib.
22 yaşlı idmançı nəticəyə görə çox qürurlu olduğunu söyləyib: "Bu gün üçüncü dəfə dünya çempionu oldum. Çox qürur duyuram. Özümdən bu nəticəni gözləyirdim. Qarşıda məni 400 metr məsafə üzrə daha bir final gözləyir. Ora hazırlaşıram. Həmin məsafədə də özümdən gözləntim böyükdür. Layiqincə Vətənimi təmsil edəcəyəm".