“Uduzmaq məyusluq doğurur”
- 02 Noy 2023 16:44
- 307
“Gəncə”nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının 2-ci turunda "Xəzri"yə qarşı keçirdikləri oyunu dəyərləndirib.
Rekord.az xəbər verir ki, o, komandasının ardıcıl ikinci məğlubiyyəti ilə bağlı bunları söyləyib:
“İlk turdakı matça baxanda daha yaxşı oynadıq. Amma bu oyunlar bizim üçün hələ hazırlıq görüşləri kimidir. Mövsümün əvvəlində reallaşdıra bilmədiyimiz dövrü belə keçiririk. Müdafiədə böyük çatışmazlıqlar var, məşqlərdə bunun üzərində çalışacağıq. Uduzmaq məyusluq doğurur, heyətimiz gənclərdən ibarətdir. Daha yaxşı hazırlaşmaları, bir-birinə alışmaları üçün vaxta ehtiyac var".