UEFA avrokuboklarla bağlı yeni qərar qəbul edib.

Rekord.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və qadınlar arasında Çempionlar Liqasının həlledici görüşü koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salıb.

Qeyd edək ki, UEFA martın 17-də keçirilən videokonfransda Avropa Liqasının finalını iyulun 24-nə, Çempionlar Liqasının finalını isə iyulun 27-nə təyin etmişdi.

Xatırladaq ki, UEFA bu yay keçirilməli olan Avropa çempionatını da gələn ilə təxirə salıb.