Azərbaycan Premyer Liqasında çıxış edən futbol klublarının 2018-ci maliyyə ili üzrə orta gəliri bəlli olub.

Rekord.az xəbər verir ki, Azərbaycan Premyer Liqasındakı klubların orta gəliri 3,4 milyon avrodu.

Bu barədə UEFA-nın lisenziyalı klublar haqqında müqayisəli hesabatında bildirilib. Azərbaycan çempionatı bu göstəriciyə görə Avropada 28-ci sıradadır.

Ən çox gəlirli çempionat isə 272 milyon avro ilə İngiltərə Premyer Liqasıdı. Almaniya Bundesliqası 175,3 milyon avro ilə ikinci, İspaniya La Liqası isə 157,3 milyon avro ilə üçüncüdü.