UEFA-dan AFFA-ya ŞOK siqnal: U-21-in oyunu qumara qoyulub?
- 29 Okt 2019 11:00
- 1101
AFFA gözlənilmədən 21 yaşadək futbolçulardan ibarət milliylə bağlı araşdırmaya start verib.
Rekord.az xəbər verir ki, bu, komandanın Avropa çempionatının seçmə mərhələ oyunlarıyla əlaqədardır.
İkinci qrupda yer alan yığma ilk turda Lixtenşteynə yenilib - 0:1. Milan Obradoviçin çalışdırdığı kollektiv Slovakiya üzərində qələbə qazansa da (2:1), son üç oyunda Gürcüstana 0:3, Fransaya 0:5 və İsveçrəyə 0:1 hesabıyla uduzub. Cəmi 3 xalı olan U-21 qrup sonuncusudur.
Federasiya UEFA-dan daxil olan növbəti siqnalın arxasınca düşüb. Məsələ ondadır ki, komandamızın Fransayla səfər oyununa külli miqdarda pul qoyuluşu edilib.
Təkcə ev sahiblərinin yığmamıza 4-dən artıq top vuracağına isə 200 min dollar yatırılıb. Məlumat ciddi və düşündürücü olduğundan, UEFA AFFA-dan araşdırmada iştirak etməsini istəyib. (sportinfo.az)