UEFA-dan dopinq testdən yayınan futbolçuya sərt cəza
- 26 Fev 2020 11:40
- 701
UEFA Ukraynanın “Dinamo” (Kiyev) klubunun futbolçusu Artyom Besedini cəzalandırıb.
Rekord.az xəbər verir ki, bu barədə sözügedən qurumun rəsmi saytı məlumat yayıb.
Buna 23 yaşlı forvardın bu mövsüm Avropa Liqasının qrup mərhələsinin "Malmö" ilə səfər matçından sonra (3:4) dopinq-testə girməkdən imtina etməsi səbəb göstərilib. Ukraynalı hücumçu bir il müddətinə futboldan uzaqlaşdırılıb. Cəza ötən ilin 19 dekabrından qüvvəyə minib və 2020-ci ilin sonunda başa çatacaq.
Kiyev təmsilçisi cəza barədə sənədin tam mətni ilə tanış olduqdan sonra İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər.
Qeyd edək ki, "Dinamo"nun yetirməsi olan Besedin 2013-cü ildən bu komandanın formasını geyinir. 2015-ci ildə icarə əsasında "Metallist" klubunda çıxış edən futbolçu Ukrayna millisinin də üzvüdü. O, cari mövsüm Premyer Liqada meydana çıxdığı 13 oyunda 8 qol vurub.