UEFA-dan “Qarabağ”ın məşqçisinə iki oyunluq cəza
- 16:00
- 32
UEFA "Qarabağ"ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarovu iki oyunluq cəzalandırıb.
Rekord.az xəbər verir ki, buna 47 yaşlı mütəxəssisin Bakıda "Ayaks"a uduzduqları (0:3) Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunun matçında qırmızı vərəqə alması səbəb olub.
Görüşü idarə edən şotlandiyalı FIFA referisi Nikolas Uolş fasilədə Bolqarıstandan olan məşqçiyə qırmızı vərəqə göstərib.
O, Avropa Liqasında qarşıdakı iki matçda texniki zonada əyləşə bilməyəcək.
Bundan əlavə, həmin qarşılaşmada birbaşa qırmızı vərəqə görən Julio Romao və ikinci sarı vərəqədən sonra meydandan qovulan Elvin Cəfərquliyev hərəyə bir oyunluq cəzalandırılıblar.
"Qarabağ" 4-cü turda, noyabrın 7-də Norveçdə "Bodo Qlimt"in qonağı olacaq.