UEFA Demiralı cəzalandırdı, TFF CAS-a müraciət edəcək
- 05 İyl 2024 17:40
- 186
UEFA Türkiyə millisinin futbolçusu Merih Demiralı cəzalandırıb.
Rekord.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.
Qurum 26 yaşlı müdafiəçini 2 oyunluq diskvalifikasiya edib. Türkiyə Futbol Federasiyası (TFF) məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
Demiral Almaniyada keçirilən AÇ-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “boz qurd” işarəsi göstərib. UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı. "Ay-ulduzlular" iyulun 6-da, AÇ-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.