UEFA ingilis hakimlə bağlı araşdırmalara başladı
- 14 Noy 2024 20:02
- 76
UEFA narkotik istifadəsində şübhəli bilinən ingilis hakim Devid Kut ilə bağlı araşdırmalara başlayıb.
Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı bəyanat yayıb.
Böyük Britaniyanın "The Sun" nəşrinin hakimin bank əskinası ilə ağ maddəni burnuna çəkdiyi videonu dərc etməsindən sonra araşdırma başlayıb. Videonun Kutun VAR köməkçi hakimi olduğu AÇ-2024-ün 1/4 finalının Portuqaliya - Fransa oyunundan bir gün sonra - iyulun 6-da mehmanxanada çəkildiyi qeyd edilib.
Bir neçə gün öncə Kutun "Liverpul" klubunun keçmiş baş məşqçisi Yurgen Kloppu təhqir etdiyi video yayılıb. Bundan sonra o, İngiltərə Hakimlər Komitəsi tərəfindən yerli çempionatın oyunlarından kənarlaşdırılıb. UEFA isə 42 yaşlı referini Millətlər Liqası matçlarından uzaqlaşdırıb.