Futbol üzrə UEFA Millətlər Liqasının pley-off oyunları təxirə salınıb.

Rekord.az xəbər verir ki, bu barədə Polşa Fubol Federasiyası məlumat yayıb.

Yeni qərara əsasən, yarımfinallar martın 26-dan iyunun 2-nə, finallar isə martın 31-dən iyunun 6-na keçirilib. 

A Liqası

İslandiya - Rumıniya
Bolqarıstan - Macarıstan

B Liqası

Bosniya və Herseqovina - Şimali İrlandiya
Slovakiya - İrlandiya

C Liqası

Şotlandiya - İsrail
Norveç - Serbiya

D Liqası

Gürcüstan - Belarus
Şimali Makedoniya - Kosovo 

Qeyd edək ki, bu oyunlardan sonra AÇ-2020-yə vəsiqə qazanacaq son 4 komanda bəlli olacaq. Daha öncə Avropa çempionatının 2021-ci ildə keçiriləcəyi ilə bağlı qərar verilib.