UEFA prezidenti Aleksandr Çeferin koronavirus pandemiyası ilə əlaqədar iflic vəziyyətə düşən Avropa futbolunda mövsümün davamı ilə bağlı planlarını bölüşüb.

Rekord.az xəbər verir ki, o, bu mövsüm üçün üç seçim olduğunu söyləyib:

“Üç seçim var - mayın ortası, iyun və ya iyulun sonunda turnirləri bərpa etmək. Bunu reallaşdıra bilməsək, yəqin ki, mövsüm tamamlanmayacaq. Ya da növbəti mövsümün daha gec başlanması şərti ilə bu mövsümü bitirmək olar. Liqalar və klublar üçün ən yaxşı yolun hansının olacağına baxacağıq. Çox dramatik bir dönəmdən keçirik. Amma təbii ki, belə bir dövrdə hər şeydən önəmli olan insanların sağlamlığıdı. Kimsə bu pandemiyanın nə vaxt bitəcəyini bilmir. Hazırda bizim həm A, həm B, həm də C planlarımız var. Lakin hazırda gözləmə mövqeyindəyik”.