UEFA “Qarabağ”ın rəqibini cərimələdi
- 23 Okt 2024 19:40
- 125
UEFA "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən İsveçin "Elfsborq" klubunu cərimələyib.
Rekord.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytında bildirilib.
Allsvenskan təmsilçisi İtaliyanın "Roma" komandasına qalib gəldikləri (1:0) 2-ci turun matçında azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 50000 avro ziyana düşüb.
Klubun avrokuboklardakı ev oyunlarında qapı arxasındakı tribunaların qismən bağlanmasına da qərar verilib. "Elfsborq"a 2 illik sınaq müddəti də qoyulub.
"Qarabağ" turnirin Liqa mərhələsində dekabrın 11-də "Elfsborq"un qonağı olacaq.