UEFA transfr pəncərəsini yanvara kimi uzada bilər
- 25 Mar 2020 19:00
- 668
FİFA 2020-ci ildə yay transfer pəncərəsi dövrünü 2021-ci ilin yanvarına qədər uzada bilər.
Rekord.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Dünyanın ali futbol qurumu bu məsələni klublarla müzakirə etmək niyyətindədir.
Məlumatda bildirilir, bu təklifin qəbul olunması koronavirus səbəbindən klubların koronavirusa görə zərər görmüş büdcəsini balanslaşdıra bilər. Artıq bir neçə klub rəhbərinin bu ideyanı dəstəklədiyi vurğulanır.
Qarşıdakı transfer pəncərəsi zamanı klubların maddi itkilər səbəbindən böyük transferlərdən imtina edəcəyi gözlənilir.