UEFA VAR üçün Azərbaycana pul ayırıb, amma... - ÖZƏL!
- 27 Okt 2019 15:00
- 1440
Son illər VAR sistemi sürətlə yayılmağa başlayıb. İstər beynəlxalq oyunlarda, istərsə də daxili çempionatlarda bu sistemdən istifadə olunur. Artıq ikinci dərəcəli futbol ölkələri də tədricən bu sistemin tətbiqinə başlayır. Hətta futbolu zəif olan ölkələrdə də onun tətbiqi üçün UEFA özü də maddi yardım edir.
Rekord.az-a daxil olan özəl məlumata görə, belə yardım Azərbaycana da edilib.
UEFA sırf hakimliyin inkişafı üçün 2 illik proqram çərçivəsində futbolu zəif olan ölkələr üçün 250 min avro nəzərdə tutub. Azərbaycan da bu sıradadır. Bu məqsədlə Avropanın ali futbol qurumu AFFA-nın büdcəsinə yuxarıda göstərilən məbləği köçürüb. Bununla yanaşı, AFFA-ya məsləhət görülüb ki, həmin məbləğin bir hissəsini ölkədə VAR-ın tətbiqinə ayırsın. Konkret olaraq bildirilib ki, Azərbaycan çempionatında VAR-ın tətbiqi üçün 100 min avro da kifayət edəcək. Lakin nədənsə AFFA həmin pulları başqa istiqamətə xərcləyib və VAR-la bağlı ünvanlanan suallardan da məhz bu səbəbdən yayınırlar. Həmin vəsait hakimlər üçün də xərclənməyib. Çünki ədalət təmsilçiləri toplanış üçün heç hara getmirlər, qonorarları da artmayıb, əksinə, azalıb. Elədirsə, bu vəsait hara sərf olunub?