Uels millisində ciddi itki: Bakıda meydançaya çıxa bilməyəcək
- 24 Okt 2019 17:48
- 782
Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqib Uels yığması itki ilə üzləşib.
Rekord.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərəgörə, "Çarlton"da çıxış edən Conni Uilyams "Derbi" üzərində matçın ilk hissəsində zədələnib.
26 yaşlı yarımmüdafiəçinin artıq əməliyyat olunduğu bildirilib. Onun ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacağı vurğulanıb. Bu isə o deməkdir ki, Uilyams millimizlə görüşü buraxacaq.
Qeyd edək ki, noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq Uels bundan üç gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.