Uels millisinin kapitanı: "Azərbaycanla matçda qalib gəlsək..."
- 12 Noy 2019 17:18
- 698
“Baş məşqçi Rayan Giqqz bilir ki, mən yaxşı oyun sərgiləyirəm və oynamaq istəyirəm. Slovakiya və Macarıstanla matçlarda məni oyuna buraxmadığı üçün məyus oldum, amma mən formadayam”.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Uels millisinin kapitanı Eşli Uilyams deyib.
O, Avro-2020-nin seçmə mərhələsində qarşılaşacaqları Azərbaycan və Macarıstanla oyunlardakı şanslarından danışıb: “Əgər biz şənbə günü Azərbaycanla matçda qalib gəlsək, Kardiffdə Macarıstanla oyun möhtəşəm olacaq”.
Qeyd edək ki, Azərbaycan – Uels matçı noyabrın 16-ı keçiriləcək.