Uels millisinin üzvü: "Azərbayanın nəyi bacardığını yaxşı bilirik"
- 14 Noy 2019 16:20
- 728
"Avropa çempionatına yollanmaq üçün hər şey etməyə hazırıq. Mən də bunun bir parçası olmaq istəyərdim. İndi bunu gerçəkləşdirmək üçün şansım var. Hər iki oyunda (Azərbaycan və Macarıstanla oyunlar nəzərdə tutulur -red.) qalib gəlməli olduğumuzu bilirik. Oyun planımızı yerinə yetirsək, bunu bacaracağımıza əminik".
Rekord.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Uels millisinin futbolçusu Harri Uilson Avro-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla oyunlar öncəsi deyib.
"Azərbaycan öz meydanımızdakı oyunda düşündüyümüzdən daha sərt idi. Buna görə də onlara hörmət edəcəyik. Müdafiə xətti çox yaxşı qurulmuşdu. Artıq onların nəyi yaxşı bacardığını və rəqibə necə zərər verə biləciyimizi bilirik. Ancaq son iki maçdakı kimi, bizə qarşı diqqətli olacaqlar" - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 16-da millimizin qonağı olacaq Uels bundan 3 gün sonra Macarıstanı qəbul edəcək