Ufuk Budak üçün 90 dəqiqə və 1 xal
- 24 Dek 2019 11:43
- 808
Futbol üzrə Türkiyə 1-ci liqasında 16-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın formasını geyindiyi “Altınordu” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Girəsunspor”la qarşılaşıb. Ufukun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin sabiq üzvü 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
“Altınordu” hazırda 15 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.